Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Laçındakı evləri bu şirkətlər tikirlər

Laçındakı evləri bu şirkətlər tikirlər


19-06-2024, 00:02
Laçındakı evləri bu şirkətlər tikirlər
Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası sahəsində aparılan işlərin bir hissəsi Laçın rayonu və Zabux kəndinə düşür.

İndiyədək bu bölgədə onlarla ev inşa və təmir edilib, abadlaşma işləri aparılıb, əraziyə yüzlərlə sakin köçürülüb.

Son günlər havaların kəskin dəyişməsi - yağan yağış və yaranan sel isə əraziyə zərər vurub. Hazırda bölgədə bərpa işləri aparılır.

Xatırladaq ki, azad edildikdən sonra Laçın rayonunun ərazisində aparılan işlərə ümumilikdə 55 milyon manatdan artıq vəsait sərf ediilib və ya edilməkdədir. Bu sahədəki dövlət sifarişləri tenderlərlə verilir.

Maraqlıdır ki, Laçında işlər 2 ildən artıqdır ki, başlansa da, bununla bağlı tenderlərin elanı və sifarişlərin tender vasitəsilə bölüşdürülməsi yalnız ötən ilin sentyabrından başlanıb.

Dia-az.İnfo sözügedən tenderlərin qaliblərini araşdırıb. Belə ki, tenderlər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan edilib və ümumilikdə şirkətlərə 8 tender üzrə 53 531 472 manatlıq sifariş verilib.

Tenderləri sayca ən çox udan şirkət “Rabitəinşaat” ASC olub. Adı çəkilən şirkət eyni zamanda 19 888 293 manatlıq tenderləri udaraq maksimum məbləğdə sifariş alan şirkət olaraq birinci sırada qərarlaşıb.

Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Daha detallı aşağıdakı cədvəldə :

Laçındakı evləri bu şirkətlər tikirlər

Geri qayıt