Əsas Səhifə > Güney Press > 11,7 milyon manata 59 ev tikiləcək

11,7 milyon manata 59 ev tikiləcək


19-06-2024, 00:05
11,7 milyon manata 59 ev tikiləcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Laçın rayonunun Sus yaşayış məntəqəsində birinci mərhələdə 59 fərdi yaşayış evlərinin tikintisi” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Rabitəinşaat” ASC olub.

Qalib şirkətlə 11 722 793 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Geri qayıt