Əsas Səhifə > Güney Press > Rusiya Ermənistan üçün əhəmiyyətli olan dəmir yolunu

Rusiya Ermənistan üçün əhəmiyyətli olan dəmir yolunu


15-06-2024, 16:11
Rusiya Ermənistan üçün əhəmiyyətli olan dəmir yolunu
Rusiya Ermənistanla dünya ölkələri arasında dəmir yolu əlaqəsini bərpa edib, Ayrum-Sanain hissəsində qatarların hərəkəti açılıb.

Musavat.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Çətin vaxtlarda Rusiya Ermənistan xalqının köməyinə gəldi və təbii fəlakət nəticəsində dağılmış Gürcüstanla dəmir yolu əlaqəsini rekord müddətdə bərpa etdi”, - deyə hökumətin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, bu dəmir yolu Ermənistanı dünya ölkələri ilə birləşdirən yeganə dəmir yoludur və ölkəyə həyati əhəmiyyətli yüklərin çatdırılması üçün əsas kanaldır. Dəmir yolu mayın sonlarında Debed çayının məcrasından çıxması nəticəsində dağılmışdı.

Geri qayıt