Əsas Səhifə > Güney Press > Bərdədə 105 ədəd çətənə kolu aşkarlanıb
Bərdədə 105 ədəd çətənə kolu aşkarlanıb15-06-2024, 12:07 |
![]() Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb. Bu barədə Dia-az.İnfo-ya DİN Mətbuat Xidmətindən xəbər verilib. Onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib. Faktla bağlı cinayət iИ™i başlanılıb, araşdırmalar davam etdirilir. Geri qayıt |