Əsas Səhifə > Güney Press > Dörd aylıq əkizlərin anası:

Dörd aylıq əkizlərin anası:


15-06-2024, 11:28
Dörd aylıq əkizlərin anası:
Dörd aylıq Əli və Əkbər Bayramovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

Bu barədə Oxu.Az-a onların anası Dilşad Bayramova məlumat verib.

O bildirib ki, övladları 2024-cü ilin fevral ayında dünyaya gəlib.

"Əli və Əkbər bu ilin fevral ayında dünyaya gəliblər. Mən övladlarıma beş aylıq hamilə olarkən yoldaşım yol-nəqliyyat hadisəsi zamanı vəfat etdi. İnanın o gündən sonra nə həkim müayinəsinə gedə bildim, nə normal yaşaya bildim. Uşaqlar doğulanda həkimlər onların ikisinin də beynində xırda kista olduğunu dedilər".

Dilşad Bayramova övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

"Yoldaşım vəfat edəndən anamla yaşayıram. Maddi vəziyyətimiz çox da yaxşı deyil. Anam iş olduqca evlərə təmizliyə, yorğan-döşək yumağa gedir. Mən isə uşaqlara görə hələ heç bir işlə məşğul ola bilmirəm. Ötən həftələrdə sizin saytın izləyiciləri bizə dəstək oldular və Bakıya müayinəyə gəldik. Dərmanların bir qismini alsam da, əlimdəki pul bitib. Hazırda uşaqlara əlavə qida almağa, dərmanlarının qalan hissəsini almağa pulum yoxdur. Yardımsevər şəxslərdən bizə bu müqəddəs gündə yenidən yardım etməklərini xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 763-40-87.

Kapital Bank: 5239 1517 9191 1848

Geri qayıt