Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “NEZ” MMC-nin Rusiyada gizlənən keçmiş mühasibi ƏLƏ KEÇDİ

“NEZ” MMC-nin Rusiyada gizlənən keçmiş mühasibi ƏLƏ KEÇDİ


15-06-2024, 10:04
“NEZ” MMC-nin Rusiyada gizlənən keçmiş mühasibi ƏLƏ KEÇDİ
İnterpol əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlını saxlayıb. 26 yaşlı gənc yanvarın 29-dan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, saxlanılan şəxs Bakıda, “NEZ” MMC-də mühasib işləyib. Ötən il avqustun 9-dan 16-dək o, qanunsuz olaraq 18 390 Azərbaycan manatını mənimsəyib, bundan sonra yoxa çıxıb.

Saxlanılan şəxs nəzarətə götürülüb. Tezliklə ölkəsinə göndəriləcək.

Geri qayıt