Əsas Səhifə > Güney Press / Ana xəbər > “Neftçilər” metrosunun satıcıları aksiyaya başladı
“Neftçilər” metrosunun satıcıları aksiyaya başladı19-03-2014, 10:45 |
![]() “Neftçilər” metrosundakı ticarət obyektlərinin sökülməsindən narazı qalan və onlara heç bir kompensasiyanın verilməməsinə etiraz edən sahibkarlar bu dəqiqələrdə aksiya keçirir. Virtualaz.org saytının hazırda “Neftçilər” metrosu ərazisində - hadisə yerində olan əməkdaşı xəbər verir ki, satıcıların tələbi ən azı mağazaların təmiri üçün ödədikləri 1100 manatın geri qaytarılmasıdır. Hazırda satıcılardan zamanında pul yığına şəxslərin aksiyaçıların qarşısına çıxması və danışıqların aparılması gözlənilir. Satıcılar metronun çıxışında toplaşaraq məsul şəxslərin gəlişini gözləyirlər. Onlara ciddi polis nəzarəti var. “Bakı Metropoliteni” QSC bəyan etmişdi ki, “Neftçilər”də 186 dükan var. Əslində isə burada 216 mağaza var. Satıcılar 30 mağazanın gizlədildiyini deyir. Qeyd edək ki, bu satıcılar martın 17-də “Bakı Metropoliteni” QSC-nin qarşısında da aksiya keçirmişdi. Geri qayıt |