Əsas Səhifə > Güney Press / Ana xəbər > Abid Şərifovun qardaşı oğlu deputatın qəzetini məhkəməyə verdi

Abid Şərifovun qardaşı oğlu deputatın qəzetini məhkəməyə verdi


19-03-2014, 10:21
Abid Şərifovun qardaşı oğlu deputatın qəzetini məhkəməyə verdi
Baş nazirin birinci müavini Abid Şərifovun qardaşı oğlu millət vəkili Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının "Vətəndaş Həmrəyliyi" qəzetini məhkəməyə verib.

Bu barədə AzVision.az-a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

Bildirib ki, Abid Şərifovun qardaşı oğlu Əflatun Şərifov "Vətəndaş Həmrəyliyi" qəzetini məhkəməyə verərək haqqında dərc olunan məlumata görə təzminat tələb edib.

Ə.Şərifovun məhkəməyə müraciət etməsinə səbəb kimi qəzetin onun şərəf və ləyaqətini təhqir etməsini göstərib. O, qəzetdən 125 min manat təzminat tələb edib.

Geri qayıt