Əsas Səhifə > Güney Press / Manşet > Azərbaycanın dövlət qurumları nurçularla ortaq layihələri dayandırır - Minlərlə adam işsiz qalacaq
Azərbaycanın dövlət qurumları nurçularla ortaq layihələri dayandırır - Minlərlə adam işsiz qalacaq18-03-2014, 18:11 |
![]() DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza maraqlı bir informasiya daxil olub. Mötəbər mənbədən verilən xəbərə görə, Azərbaycanda nurçulara qarşı təqib kampaniyası geniş miqyas alıb. Və iş o həddə çatıb ki, hətta ölkəmizdə bir sıra layihələrin - inşaat layihələrinin icraçısı olan və Fətullah Gülən camaatına yaxınlığı ilə seçilən şirkətlərlə də müqavilələr dayandırılır. Məlumatı verən mənbə DİA.AZ-a bildirir ki, artıq В«AzərsuВ», В«AzenerjiВ» və digər dövlət qurumları belə bir təlimat aldıqlarından hətta müqvavilə müddətlərinin bitməməsinə baxmayaraq partnyorluq etdikləri şirkətlərlə təması dayandırıblar. Mənbə bildirir ki, bunun da nəticəsində minlərlə Azərbaycan vətəndaşı işsiz qalıb: В«Artıq bütün iş yerlərində işçilərə xəbərdarlıq edilib. Şirkətlər nurçulara aid olsa da, çalışanlar Azərbaycan vətəndaşı olduqlarından bu prosesdə onların da itirdikləri varВ». Daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Geri qayıt |