Əsas Səhifə > Güney Press / Ana xəbər > Krım hadisələri Qarabağ təhlükəsini artırır
Krım hadisələri Qarabağ təhlükəsini artırır18-03-2014, 10:57 |
![]() Krım referendomun nəticəsi olaraq Rusiyaya birşləşdirilməsindən sonra Azərbaycanda da dövlət rəsmiləri arasında narahatçılıq yaranıb.Onlar hesab edirlər ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın, beynəlxalq qanunlara məhəl qoymadan atdığı bu addım, Azərbaycana qarşı da atıla bilər. Hafta.az xəbər verir ki, Bununla bağlı Prezident Administrasiyası rəhbərinin müavini, PA Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı bildirib ki, lazımı qurumların Qarabağ münaqişəsini tanımağına baxmayaraq, bu problemin həlli uzadılır: “Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir”. Millət vəkili Fazil Musatafa isə sosial şəbəkədəki şəxsi səhifəsində bildirir ki, Rusiyanın Krımla bağlı atdığı addım birinci ölkə üçün ağır nəticələrlə yekunlanacaq: “Krımın işğalına və Ukraynadan ayrılmasına görə bizdə ruh düşkünlüyü yaranıb. İndi Çexiyanın paytaxtı Praqadayam, burada da danışdığım insanlarda Rusiya təhlükəsi barədə narahatçılığı sezirəm. Rusiyanı mütləq ciddi cəzalandıracaqlar. Mənim inamım budur. Kiçik əraziyə sahib dövlətlərin xalqları yeni ərazilərə sahib olmağa daha çox maraq göstərirlər. Məsələn, Ermənistan kimi. Rusiya kimi geniş məkanda yaşayan insan yeni ərazilər əldə etməyə yeni bir yük kimi baxır. Berdyayevin "Rusiyanın taleyi" əsərini oxuyanlar bu psixoloji durumu daha aydın sezərlər. Ən əsası da Krım məsələsi ABŞ üçün nüfuz və inad məsələsinə çevrildi. Sona qədər Rusiyanın üzərinə gediləcəyini düşünürəm. Rusiyada Putin gələndən sonra dəyişən iqtisadiyyatın strukturu deyil, sadəcə idarəetmənin hədsiz mərkəzləşməsidir. Texnoloji inkişaf daxili mühit üçün hesablanmış siyasi təbliğat materialından başqa bir şey ifadə etmir. ABŞ-ın illərdir Rusiyanı nəzarətsiz buraxdığını düşünənlər məncə səhvə yol verirlər. Rusiya Krımda çox ciddi bir qarmağa düşüb”. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, hadisələrin gedişatı Rusiyanın mçətin duruma düşməsi və Azərbaycana təziqlərini artırması ilə nəticələnə bilər: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq, oxşar vəziyyətdə münaqişə tərəflərindən birinin tərəfini saxlayırsa, demək Qarabağ hadisəsində də Rusiya Ermənistanın tərəfindən çıxış edəcək”. Geri qayıt |