Əsas Səhifə > Güney Press > Vardanyan ermənilərə səsləndi:

Vardanyan ermənilərə səsləndi:


27-05-2024, 17:17
Vardanyan ermənilərə səsləndi:
Ermənistan vətəndaşlarını keşiş Baqrat Qalstanyanın şərəfsiz hərəkatından uzaq durmağa çağırıram.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Tsovinar Vardanyan deyib.

“Özünü baş nazirliyə namizəd elan edən keşiş həyasızcasına yolda qəzalı durum yaradır. Ancaq özünə məxsus bahalı maşınını cızmamaq üçün kifayət qədər ehtiyatla idarə edir. Çünki qiyməti yaxşı bilir. Hüquq-mühafizə orqanlarından bu davranışa dərhal reaksiya gözləyirəm.

Hörmətli vətəndaşlar, bu şərəfsiz hərəkata qoşulmazdan əvvəl bir daha düşünün, sonra ona “müqəddəs ata” deyin”, - deputat bildirib.

Baqrat Qalstanyan İrəvanın mərkəzi küçələrindən birində özünə məxsus avtomobillə qəsdən qəzalı vəziyyət yaradıb. Keşişin davranışı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Geri qayıt