Əsas Səhifə > Güney Press > Məğlub olan və kapitulyasiya aktına imza atan Paşinyan...
Məğlub olan və kapitulyasiya aktına imza atan Paşinyan...27-05-2024, 16:53 |
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyalar davam edir. Aksiyalara Tavuş bölgəsnin dini lideri də qoşulub. Aksiyaların liderlərindən olan baş yepiskop Baqrat Qalstanyan Paşinyanın işdən çıxarılma prosedurunu işə salmağa çalışır. Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan cəmiyyəti dünyada nadir bir məsələyə imza atdı. Məğlub olan və kapitulyasiya aktına imza atan bir ölkə rəhbərinin hakimiyyəti yenidən səs verərək iqtarda saxladı. “Bu, nə deməkdir? Bu, lap pisdən bir az pisi seçməkdir. Çünki bu ona olan sevgi və onu arzulamaq istəyi deyildi. Cəmiyyət uzun illər onları məngənədə saxlayan cinayətkar bir qrupun hakimiyyətdə, bir-birini əvəz etməsi, klan şəklində ölkəni sümürməsi və cinayətkar bir şəbəkə quraraq, Ermənistanı uçuruma aparmasını görməsidir. Bu səbəbdən də, onlar yalnız həmin şəxs hakimiyyətə gəlməsin deyə onlardan bir az yaxşı saydıqları Paşinyana səs verdilər. Bundan sonra təbii olaraq, bir çox revanşist qruplar və həmin qatil cinayətkarların siyasi dona bürünərək iğtişaşlar və müxtəlif aksiyalar təşkil etmələri, başqa-başqa qruplara və 5-ci kolon nümayəndələrinə dəstək vermələri ilə keçirilən bir çox nümayişlər Paşinyanı cəmiyyətdəki bu günə olan nüfuzunu sarsıda bilmədi. Paşinyan öz hakimiyyətini qoruya bildi. Son zamanlar keşiş Baqratın öz sözləri ilə desək, “Ermənistanı İrəvanı “fəth etməsi” və ətrafına çox milli insanları toplaması təbii olaraq, cəmiyyətdə bir gərginlik yaradıb. Həqiqətən də son zamanların ən böyük mitinqlərini təşkil edə bildilər. Amma kənardan baxanda yenə də cəmiyyətin hansı gündə olması, başlarına bu hadisələrin gəlməsi, bütün dünyadan təcrid olunmaları hələ də xəyallarda yaşamaları, onları hansı suya saldıqlarının fərqində olmadıqlarını göstərən hələ də minlərlə erməni var. Onlar nəyin baş verdiyinin hələ də fərqində deyillər. Revanşizmlə hara gedib çıxa bilərlər və nəyə nail ola bilərlər. Ermənistan cəmiyyətində bunu əsla bilməyən, belə bir böyük bir toplum var. Bu da təbii ki, təəssüf doğurur”-deyən deputat düşünür ki, Paşinyan olan keçənləri görür, düzgün hesablayır. Vüqar İskəndərov əlavə edib ki, bu məsələlər hələ də nəzarət altındadır və bu dəfə də Nikol Paşinyan bu vəziyyətdən çıxa biləcək. Deputat əlavə edib ki, Paşinyandan heyif çıxmaq istəyən tərəflər də artıq son kartlarından istifadə edirlər. Çünki kilsənin Ermənistan cəmiyyətindən və dövlətindən çox böyük gücü var. Son şans olaraq bu kartı da sınamağa çalışdılar. “Paşinyan bundan da keçsə, inanıram ki, keçəcək, hakimiyyəti daha da möhkəmləmləndirə biləcək”-deyə deputat vurğulayıb. Geri qayıt |