Əsas Səhifə > Güney Press, Manşet > Kütləvi ixtisarlar başladı, sədr işdən çıxdı

Kütləvi ixtisarlar başladı, sədr işdən çıxdı


24-05-2024, 14:50
Kütləvi ixtisarlar başladı, sədr işdən çıxdı
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondunda kütləvi ixtisarlar aparılıb. Artıq 3 aydan çoxdur ki, 80-dən çox işçisi olan qurumun əməkdaşlarının maaşları da verilmir.

Artıq Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov işdən çıxıb, digər əməkdaşlara isə işdən çıxarılmaqları ilə bağlı ərizə yazılması tələb edilib. Fondun əməkdaşlarına məlumat verilib ki, artıq Dövlət Toxum Fondu fəaliyyətini dayandırır.

Qeyd: Azərbaycan Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən yüksək məhsuldar toxumların istehsal və tədarükünün həyata keçirilməsi məqsədilə Dövlət Toxum Fondu yaradılmışdır. Fondun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir.

Pravda.az

Geri qayıt