Əsas Səhifə > Güney Press / Manşet > В«NovruzВ» bayramında kimlər əfv ediləcək?

В«NovruzВ» bayramında kimlər əfv ediləcək?


17-03-2014, 15:59
В«NovruzВ» bayramında kimlər əfv ediləcək?
Novruz bayramı ərəfəsində dövlət başçısının əfv fərmanı imzalayacağı gözlənilir. Bir qədər əvvəl yayılan məlumatlara əsasən bayram ərəfəsində əfv fərmanının imzalanması gözlənilirdi. Hətta bununla bağlı olaraq ƏFV Məsələləri üzrə Dövlət Komissiyasının üzvləri də açıqlamalar vermişdilər. DİA.AZ bildirir ki, bu barədə gundeminfo.az məlumat yayıb. Portala daxil olan məlumatlara əsasən bayramp günlərində, bü gün və ya sabah dövlət başçısı əfv fərmanı imzalayacaq. Lakin bu fərmanla kimlərin azadlığa buraxılacağı barədə hələlik konkret bilgilər yoxdur.

Məlumatlara əsasən bu gün günortadan etibarən həbsxanalarda əfv fərmanı ilə bağlı proflaktik tədbirlər həyata keçirilib. İnformasiyalara əsasən siyasi məhbus kimi tanınan bir neçə şəxsin də fərmanla axadlığa buraxılacağı istinsa edilmir. Bunların arasında В«XuralВ» qəzetinin baş redaktoru Əvəz Zeynallının, sabiq millət vəkili Gülər Əhmədovanın, dindar Taleh Bağırzadə və hicab aksiyalarında həbs edilmiş bir sıra şəxslərin azadlığa buraxılacağı bildirilir. İlkin informasiyalara əsasən əfv fərmanı В«İsmayıllı hadisələriВ» ilə əlaqədar həbs edilənlərə şammil edilməyəcək. Məlumatı verən mənbə iddia edir ki, əfv fərmanı ilə bağlı olaraq hazırlıqlar aparılan zaman В«İsmayıllı işiВ» ilə bağlı olaraq məhkəmə prossesləri yekunlaşmadığından onların azadlığa buraxılması gözlənilmir.

Geri qayıt