Əsas Səhifə > Güney Press > "Azərbaycanla münasibətlərin hansı istiqamətə gedəcəyi...

"Azərbaycanla münasibətlərin hansı istiqamətə gedəcəyi...


23-05-2024, 17:01
"Azərbaycanla münasibətlərin hansı istiqamətə gedəcəyi...
"Azərbaycan və İran arasında münasibətlər hər zaman çətinliklərlə üzləşir, hər zaman İran çalışır ki, Azərbaycanın milli maraqlarına zərbə vursun. Baxmayaraq ki, Azərbaycan hər zaman çalışıb ki, coğrafi, mədəni, tarixi yaxınlıqlarına görə, İranla yaxşı münasibətlər qursun. Amma biz bunun şahidi olmuşuq ki, İranda siyasi hakimiyyətin kimliyindən aslı olmayaraq, siyasət budur ki, "Azərbaycan güclənməsin, Azərbaycan zəif bir ölkə kimi qalsın". Azərbaycan Ermənistan münasibətində problemlərin normal şəkildə həll olunmaması üçün İran əlindən gələni edir. Hətta müxtəlif formada Paşinyana təzyiqlər göstərməyə çalışırlar ki, Azərbaycanla münasibətlər normallaşdırılmasın. Ermənistanda aparılan Paşinyana qarşı son etirazlarda siz gördünüz ki, orada o keşiş bir qrup adamları yanına yığdı. İrəvan universiteti, o universitetin şərqşünaslıq bölməsi, İranşünasılıq bölməsi və onun başqanları Baqratla görüşdülər, onu dəstəklədilər, onların tələbələrini çölə tökdülər. Çünki İran onlara xüsusi dəstək verir, xüsusi maliyyə yardımları edir və o ermənilər də İranın maraqlarını təbliğ edirlər" .
Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Şərhçi qeyd edib ki, Azərbaycan dövlətinin və onun siyasətlərinin içində həm də Güney Azərbaycan məsələsi vardır. Güney Azərbaycanda yaşayan 40 milyon Azərbaycan türkünün mədəni hüquqları məsələsi, ana dili, tarixlərinin aradan götürülməsi siyasəti var ki, fars faşizmi onu həyata keçirmək istəyir. İran bu aqressiv davranışı ilə çalışır ki, orada yaşayan Azərbaycan türklərinin bütün mədəni və siyasi hüquqlarını tapdalasın.

“Rəisinin həlak olmasından sonra Azərbaycan-İran arasında münasibətlərin forması hansı istiqamətlərə gedəcəyi İranın daxili və xarici siyasətindən aslıdır. İran daxili və xarici siyasəti fars faşizminə və fars şiəçiliyinə əsaslanır. Bu iki düşüncə birlikdə terrora və təxribata dayanan bir düşüncədir, siyasətdir. Çox təəssüf ki, dövlət səviyyəsində bu aparırlar. Ona görə də İran-Azərbaycan münasibətlərinin yaxşı istiqamətdə formalaşmasında biz o zaman ümüd edə bilərik ki, rejim siyasi gərginliklər yaratmasın, Azərbaycanla münasibətdə yəni regiondakı proseslərdə regional münaqişələr və o münaqişələrin qızışdırılması siyasəti aparılmasın. Milli hüquqlar məsələsində Güney Azərbaycandakı Azərbaycan türklərinin hüquqlarının tanınması və onların o hüquqlarının verilməsilə bağlı müəyyən işlər görsünlər. Regional rəqabətdə sağlam rəqabət aparılsın, yəni o münasibətləri sağlam rəqabətlər üzərində tənzimləsinlər”-deyə Sadiq İsabəyli bildirib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan tərəfi, Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev bu istiqamətdə, yəni ikitərəfli münasibətlərin qurulmasında regional əməkdaşlığın artırılmasında təşəbbüsləri, cəhdləri İran tərəfindən hər zaman mənfi qarşılanıb.

“Hər-halda biz gələcəkdə İran və Azərbaycan arasındakı münasibətlərin hansı istiqamətə gedəcəyini, həm də İran daxilində baş verən çəkişmələr münasibətlərə və bir çox məsələlərə öz təsirini göstərəcək. Bu gedişlə ki, İran siyasi hakimiyyəti gedir, öz daxilində parçalanma və öz daxilində dağılma prosesi də vardır. Proses hələ də davam etməkdədir. İran indiki və perspektivdə görünən vəziyyəti budur ki, proseslərin hansı istiqamətdə gedəcəyini zaman göstərəcək”-deyə Sadiq İsabəyli vurğulayıb.

Geri qayıt