Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İRAN YENƏ İKİÜZLÜLÜYÜNÜ GÖSTƏRDİ

İRAN YENƏ İKİÜZLÜLÜYÜNÜ GÖSTƏRDİ


23-05-2024, 16:52
İRAN YENƏ İKİÜZLÜLÜYÜNÜ GÖSTƏRDİ
İran prezidentinin rəsmi səhifəsindən 19 may tarixində baş verən, ölkə başçısı, xarici işlər naziri, eləcə də bir neçə hökumət rəsmisinin ölümü ilə nəticələnən məlum helikopter qəzası ilə bağlı paylaşım edilib.

"AzPolitika" xəbər verir ki, həmin paylaşım sözügedən faciə ilə bağlı İrana başsağlığı verən ölkələrə təşəkkür məqsədilə edilib və yayımlanan fotoda həmin ölkələrin bayraqları əks olunub.

Ancaq maraqlıdır ki, fotoda İrana başsağlığı verən ilk ölkələrdən olan, Baş nazir səviyyəsində İbrahim Rəisinin vida marəsimində iştirak edən Azərbaycan, eləcə də "AKINCI" PUA-sı ilə prezidentin axtarış-xilasetmə işlərinə qatılan və qəza yerini müəyyən edən, yüksək səviyyəli rəsmilərini İrandakı vida mərasiminə göndərən, hətta ölkəsində 1 günlük rəsmi matəm elan edən qardaş ölkə Türkiyənin bayraqları fotoda əks olunmayıb.

Şübhəsiz ki, bu addım İrandakı fars rejiminin ikiüzlülüyün növbəti təzahürü kimi qiymətləndirilməlidir.

Geri qayıt