Əsas Səhifə > Güney Press > İRİA-nın sədri BANM-də GÖRÜŞ KEÇİRDİ

İRİA-nın sədri BANM-də GÖRÜŞ KEÇİRDİ


23-05-2024, 16:23
İRİA-nın sədri BANM-də GÖRÜŞ KEÇİRDİ
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "Ladies lead Students
Chapter” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Bu dəfə layihənin
qonağı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə
Vəliyeva olub.
Azərbaycan cəmiyyətində qadınların rolundan danışan BANM-in rektoru
Elmar Qasımov bildirib ki, layihə çərçivəsində rəhbər vəzifələrdə çalışan
qadınlarla tələbələrin görüşləri təşkil edilir. İştirakçıların fəallığını yüksək
qiymətləndirən rektor bu layihənin tələbələrə faydasından danışıb. Daha
sonra İRİA-nın sədri İnarə Vəliyeva ölkəmizin bütün sahələrdə inkişafına
qadınların öz töhfəsini verdiyini diqqətə çatdırıb. O, karyerasında keçdiyi
inkişaf yolundan bəhs edib və uğur hekayəsini gənclərlə bölüşüb.
Səmimi keçən görüşün sonunda İnarə Vəliyeva tələbələrin suallarını
cavablandırıb.

dia-az.info

İRİA-nın sədri BANM-də GÖRÜŞ KEÇİRDİ
İRİA-nın sədri BANM-də GÖRÜŞ KEÇİRDİ
İRİA-nın sədri BANM-də GÖRÜŞ KEÇİRDİ

Geri qayıt