Əsas Səhifə > Güney Press > Müstəqim Məmmədov Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub

Müstəqim Məmmədov Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub

23-05-2024, 14:31
Müstəqim Məmmədov Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 107 şagirdin
təhsil aldığı Xəlil Əzimov adına Qaynaq kənd ümumi orta məktəbində mövcud
şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə
görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji
kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini,
valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat
verən rayon rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından,
onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

dia-az.info

Geri qayıt