Əsas Səhifə > Güney Press / Ana xəbər > Samir Şərifov Zakir Həsənovun əmrini ləğv etdirdi
Samir Şərifov Zakir Həsənovun əmrini ləğv etdirdi17-03-2014, 11:07 |
![]() Müdafiə naziri Zakir Həsənov xidmətdə fərqlənən bəzi zabitlərin maaş və mükafatlarını artırmaq üçün əmr imzalayıb. Lakin nazirin bu əmri Maliyyə Nazirliyinin etirazına səbəb olub. Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb. Maliyyə Nazirliyinin bu mövqeyi əsassız deyil. Məsələ burasındadır ki, Zakir Həsənovun bu əmrilə Müdafiə Nazirliyinə ayrılan büdcənin dəyişdirilməsi zərurəti yaranır. Məlumat üçün deyək ki, Müdafiə Nazirliyinin budcəsi əvvəlcədən təsdiqlənir. Nazirliyin ayrı mənbələrdən gəliri yoxdur. Deməli, Zakir Həsənovun əmri büdcənin hesabına icra olunmalıdır. Büdcədə isə maaş və mükafatların artımı nəzərdə tutulmayıb. Məlumatda deyilir ki, Samir Şərifov artıq Zakir Həsənovun əmərlərinin ləğvi ilə bağlı rəsmi tələb irəli sürüb. Müdafiə naziri bu tələbin qarşısında dirəniş göstərməyib və o, əmrini ləğv etməyə məcbur olub. Geri qayıt |