Əsas Səhifə > Güney Press > Bu işçilərə əlavə ƏMƏKHAQQI ÖDƏNMƏLİDİR
Bu işçilərə əlavə ƏMƏKHAQQI ÖDƏNMƏLİDİR16-05-2024, 10:36 |
Praktikada:"əmək şəraiti ağır və zərərli işə görə" işçilərə ödənilməli olan əmək qanunvericiliyinin bu tələbinə nə qədər əməl olunur? Əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Bu məqsədlə həmkarlar təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına aşağıdakı qaydada əlavə əmək haqqı ödənilməlidir: Əmək şəraiti ağır və zərərli olan işlərdə: aşağı səviyyəsində-4 faiz, orta səviyyəsində-8 faiz, yuxarı səviyyəsində-12 faiz. Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə:aşağı səviyyəsində-16 faiz, orta s-də-20 faiz, yuxarı səviyyəsində-24 faiz. Müəllif: Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - dia-az.site Geri qayıt |