Əsas Səhifə > Güney Press > Tramvay Bakıya qayıdır...
Tramvay Bakıya qayıdır...15-05-2024, 14:00 |
"Bakının Baş Planında tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunur. Bu nəqliyyat növlərinin yaradılması məqsəd olaraq sənəddə qeyd olunsa da, relsli klassik tramvay və yaxud BRT (Bus Rapid Transit – ayrılmış zolaqla sürətlə hərəkət edən avtobus) olacağı bu sənəddə qeyd olunmur". Bunu Sputnik Azərbaycan-a açıqlamasında urbanist Anar Əliyev deyib. O bildirib ki, nəqliyyat sahəsinə cavabdeh olan aidiyyatı qurumlar (Yerüstü Nəqliyyat Agentliyi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ) tramvay xətlərinin salıb-salınmayacağına dair planları açıqlamır. "Baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin BRT və yaxud tramvay xətlərinin çəkilməsi öz əksini tapır. Bu məqsədəuyğun ola bilər, həmçinin Qara Qarayev prospektdə məqsədəuyğun olardı" - urbanist bildirib. Qeyd edək ki, Bakıda artıq tramvay xəttinin reallaşmasına başlanılıb. Bu barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə yaxın gələcəkdə Baş plan çərçivəsində görüləcək irimiqyaslı layihələrin həyata keçirilməsi barədə danışarkən deyib. O, bildirib ki, Baş plan əsasında şəhərin müxtəlif hissələrində konkret işlər görüləcək: "Bu işlər üzrə artıq layihələndirmə proseslərinə başlanılıb. Məsələn, Baş planın ən vacib sahələrindən biri nəqliyyat infrastrukturudur. Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb" Elbəy Qasımzadə bildirib. Qeyd edək ki, tramvay xətlərinin xətlərinin hansı ərazilərdə çəkiləcəyi barədə rəsmi açıqlamalar verilmir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə saxlamağımız məsləhət görüldü. Komitədən isə bildirildi ki, qurum şəhərlərin uzunmüddətli perspektiv inkişafını təyin edən Baş Planı hazırlayır və icrasına nəzarət edir: Bununla bağlı icraçı qurumlara müraciət etmək lazımdır. Geri qayıt |