Əsas Səhifə > Güney Press / Ana xəbər > Hakimiyyət daxilində В«qocalarВ» üçün vida mərasimi hazırlanır
Hakimiyyət daxilində В«qocalarВ» üçün vida mərasimi hazırlanır15-03-2014, 14:17 |
![]() Hakimiyyət daxilində soyuq savaş başlayıb. Dini təriqətlərlə bağlı olaraq ortada olan gərginlik hər gün artmaqdadır. Mətbuata gizli yollarla Prezident Adminstrasiyasındakı məmurların nurçularla bağlılığına dair informasiyalar yayılır. Bu informasiyaların yayılması iolə bağlı olaraq ortada kifayət qədər məqamlar var. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən nurçuluqla əlaqələrdə ittiham edilən məmurların hədəfə alınmasından sonra qarşı tərəf də müdafiə mövqeyindən hücuma keçmək qərarına gəlib. Və artıq hakimiyyətin müdafiədən hücuma keçən cinahı tərəfindən illərdir bəslənən mediaya konkret mövqe ortaya qoymaq təklifi irəli sürülüb. Və hazır tezislər formasında onlara təlimatlar göndərilməkdədir. Prezident Adminstrasiyasından göndərilən tezislərdə hakimiyyətin parçalanması tendensiyasının maksimum gizlədilməsinə əvəzində isə açıq hədəflərin göstərilməsi istinəlib. Məlumatlara əsasən Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konkret olaraq təlimatlar verərək nurçuluq təhdidi edənlərlə bağlı heç bir şey yazmamaq göstərişi verib. Hakimiyyət daxilində isə bu mühim bir parçalanmaya səbəb olub. Lakin PA-dan təlimat alan hakimiyyətə açıq və dolayı yollarla işləyən media qurumlarının bəzi rəhbərlərinin özləri də çətin durumda qalıblar. Bu barədə məlumat verən mənbə iddia edir ki, göstərişlər alsalar da bəzi redaktorlar iki tərəflə də В«oynadıqlarındanВ» çətin vəziyyətə düşüblər. Bəzi KİV rəhbərlərinə hətta bununla bağlı çox sərt şəkildə göstəriş verildiyi də bildirilir. Lakin bununla belə illərdir ki, В«əməkdaşlıqВ» edərək В«reklamВ» aldıqlarından onlar da nurçularla əlaqələrini birtərəfli qaydada kəsə bilmirlər. Və həm də açıq şəkildə ifadə edə bilmirlər ki, onlar bu sahədə bağlılıqdan əziyyət çəkirlər və В«konpensasiyaВ» ala biləcəklərindən də əmin deyillər. Mövcud siyasi şəraitdə isə nurçuluqda ittiham olunan tərəflər vaçıq şəkildə savaşa başlayıblar. Mətbuatda açıq formada olmasa da, bəzi məmurların demək olar ki, müxtəlif variantlarla hədəf kimi gösitərilməsi prossesi başlayıb. İki parçalanmış komanda üzvləri faktiki olaraq rəqiblərini övladları ilə В«vururlarВ». Mütəmadi olaraq oliqarx məmurların övladlarının dəbdəbəli həyatı, iş yerlərində yol verdikləri kobudluqlar və sair şəkildə. Bu isə təlimatın əsas hissələrindən biridir. Lakin bu tapşırığa əməl etmək istəməyən, ağsayanlar yəqin ki, Mətbuat Şurası və KİVDF vasitəsilə yaxınlarda, ən azı mart ayının sonunda cəzalandırılacaqlar. Bununla belə qarşı tərəf daha sivill və mədəni formada təmkin nümayiş etdirir. Ortaya atılmış böyük oyuna gəlməmək üçün qarşı tərəf təmkinlə gözləməkdədir. Görünür В«nurçularВ» tendensiyası məmurlar üçün o qədər də ağır zərbə hesab edilmir. Bu baxımdan da В«nurçularВ»la əlaqədə ittiham edilənlər susur və yeni bir həmləyə cavab hazırlayırlar. Bu В«GülərqeytВ» qədər əhəmiyyətli və dağıdıcı zərbə effekti ola bilər. Gözlənilən odur ki, hakimiyyət daxilində ənənəvi və yaşlanmış kadrlar və bu yaşlanmışların hətta nisbətən gənc olan kadrları da onlar üçün vida mərasiminin hazırlandığının fərqindədirlər. Geri qayıt |