Əsas Səhifə > Güney Press / Ana xəbər > Ukraynada baş verənlər Qarabağa necə təsir edə bilər?
Ukraynada baş verənlər Qarabağa necə təsir edə bilər?15-03-2014, 14:02 |
![]() "Erməni mətbuatının, guya Azərbaycan tərəfinin cəbhə xəttinə böyük qüvvə toplaması və bundan Ermənistan tərəfinin böyük təvşiç keçirməsi ilə bağlı xəbəri ermənilərin növbəti təxribatıdır. Hiss olunur ki, havadarlarının başının Ukrayna məsələsinə qarışdığı üçün, diqqətdən kənar qalmaları faktı işğalçıları bərk narahat edir." Bunu SalamNews-a hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, Azərbaycan döyüş bölgəsində nə qədər şəxsi heyət və döyüş texnikasının lazım olduğunu çoxdan bilir və lazım olanı edib: "İndi əlavə qüvvə və ya hərbi texnikanı cəbhəyə yığmağa nə ehtiyac var? Ortalıqda heç bir narahatlıq olmadığı halda, belə təlaş nəyə lazımdır? Ermənistanın siyasi və hərbi rəhbərliyi hazırda çox gərgin günlərini yaşayır. Onların iqtisadi və hərbi imkanları o qədər məhduddur ki, özlərinin taleyinin sabah necə olacaqları haqqında bərk narahatdırlar. Sabah Ukraynada Rusiyanın üzləşə biləcəyi hadisələr ermənilərin həyatını 180 dərəcə əks istiqamətə dəyişə bilər. Buna görə də onlar istəyirlər ki, hər ehtimala qarşı hay-küy salmaqla, dünyanın diqqətini özlərinə cəlb etsinlər." O deyib ki, onsuz da bir gün tez, ya da gec onlar taleyin bəxş edəcəyi qara günləri yaşamağa məhkum olacaqlar: "Çünki, onlar başqasının ərazilərini qeyri-qanuni zəbt ediblər, orada məskunlaşma həyata keçiriblər. Məhz havadarları olan Rusiyanın hesabına 20 ildən çoxdur işğalçılıq siyasətlərini davam etdirirlər. Bunun bir gün sonu olacaq." Geri qayıt |