Əsas Səhifə > Güney Press / Ana xəbər > Hacı Şahinə növbəti xəbərdarlıq – “Özünü yığışdır”...

Hacı Şahinə növbəti xəbərdarlıq – “Özünü yığışdır”...


14-03-2014, 12:46
Hacı Şahinə növbəti xəbərdarlıq – “Özünü yığışdır”...
İranda təhsil alan Hacı Firuz Qədimov öz sosial səhifəsində Hacı Şahinə növbəti xəbərdarlığını edib.
DİA.AZ avrasiya.net-ə istinadən həmin yazını sizə təqdim edir:
Hacı Şahin özünü elə aparır ki, guya şiəliyinin müdafiəçisidir. Ərdoğanın şiəlikdə təqiyyə barədə dediyinə cavab verməklə əslində özünü biabır etdi. Hacı Şahini qınamıram. İranda müctəhidlər yanında təhsil almayıb. Əhli şiyəlikdə təqiyyənin nə olduğunu heç şiyə ulamasıda gizlətmir və şiyəlikdə təqiyyə etiqad məsələsidir.
Şiəlikdə təqiyyə Hacı Şahinin dediyi kimi təqib zamanı və ya problem olanda deyil. Hacı Şahin, bəsdir özündən şiə etiqadını dəyişməyə cəhd etməyin. Olmaz belə.
Şiəlikdə təqiyyə müxalifi, yəni əhli sünnəni aldatmaq üçün onunn kimi danışa bilərsən. Baxın İran müctəhidlərimizə, Ərəb ölkələrində konfranslarda Abu Bəkri, Öməri tərifləyən sözlər deyirlər. Sünnilər şiyələrə deyəndə ki, baxın sizin filan müctəhidini belə dedi. Dərhal cavab veririk ki, müctəhid təqiyyə edirdi.
Misal üçün Əhli şiyənin ön mötəbər kitablarından “Biharul Anvar” kitabında Əbu Bəkri, Öməri və Aişəni tərifləyən çox sözlər var. Hacı Şahin kimisinə deyəndə ki, axı bu da sizin ən mötəbər kitabınız və imamların dilindən təriflər. Dərhal cavab verir ki,imamlar təqiyyə edib. Camaata belə dediyin halda nə üçün əsl etiqadımızı gizlədirsən.
Ona görə də deyirəm ki, ay Hacı Şahin yazığıar olsun sənə heç şiəliyidə bilmirsən. Sadəcə bəxtin gətirib.
Nəysə qayıdaq əsas məsələyə.
Şiəlikdə təqiyyə nədir.
Ən mötəbər şiyə alimimiz Şeyx Mufid təqiyyəni belə izah etmişdir: “Təqiyyə haqqı və etiqadı gizli gizlətmək və müxalifləri bu vasitə ilə susdurmaq ,çaşdırmaqdır.( Tashih al-Etiqad kitabı səh 115)
Mötəbər şiyə alimimiz al-Bahrani demişdir: “Müxaliflərin etiqadına görə özünün də o etiqadda olduğunu göstərmsəinə təqiyyə deyilir” (al Kaşkul kitabı cild 1 ,səh 202)
Ən mötəbər şiyə alimimiz Muhamməd bin Əli ( ləqəbi saduqdur) demişdir: “Təqiyyə vacibdir.Kim təqiyyəni tərk edərsə sanki namazı tərk etmiş kimidir.Təqiyyəni tərk etmək olmaz.Təqiyyə etmək sahib zaman zühür edənə qədər vacib olaraq qalacaqdır.Kim sahib zaman zühur etmədən təqiyyəni tərk edərsə artıq islam dinindən çıxmışdır”
(Etiqad Risaləsi səh 104)
İmamımız Cəfər Sadiq(aleyhissalam) demişdir:”Təqiyyə etməyən bizdən deyildir”(AL Amali Tusi kitabı səh 287)
İmam Bəqirdən ən kamil insan barədə soruşurlar. O belə cavab verir: “Ən kamil insan təqiyyə etməyi ən yaxşı biləndir.”( usul al asila kitabı səh 324)
Hacı Şahin sənə bir şeyidə deyim. Şiəliyi müdafiə altında vacib əməllərimizi inkar etmə yoxsa kafir olarsan.
Əhli sünnəyə qarşı təqiyyə istifadə etmək bizim etiqadımızdır.
Sənin bu gün öz maraqların üçün hakimiyyətin yanında olmağını təqiyyə etmən kimi qəbul edirik. Yoxsa çoxdan İrandakı mücətidlərimiz sənin kafir hökmünü vermişdilər. İranda özün də bilirsən tanıdığmız müctəhidlə danışdıq. O çox rəhimli insandır. Bizə dedi ki, hakimiyyətin yanında olmasını təqiyyə kimi qəbul edin.
əl-Vəsail Şiyə kitabında qeyd edilmişdir: dövlət başçısına tabe olmağı təqiyyə ilə elə göstərin.( 11 cild 471 səh)
Bax imamlardan bu rəvayətə görə sənə kafir hökmü hələkilik vermirik. Sənə qarşı yaxşı zənndəyik ki, bəlkə təqiyyəyə görə belə edirsən.
Amma ki qaldı Ərdoğanın dediyinə ,belə məsələdə təqiyyə olmaz. Çünki elə məqamlar var ki, etiqadı gizlətmək olmaz. Ərdoğan əslində düz deyir. Nurçuların lideri Fətullah Gülən öz sünniləriniə qarşı bizim təqiyyəmizdən istifadə edir. Fətullah Gülən ilk sünnidir ki, şiyələrin təqiyyəsindən istifadə edib. Bu əslində yaxşıdır.Ç ünki bizim təqiyyədə haqlı olduğumuzu göstərir.
Hacı Şahin sənə son xəbərdarlığımız. Özünü yığışdır. Etiqadımızı gizlətmə. Allah Şükür Paşazadə qədər ola bilmədin. Heç zaman etiqadımızda əsas məsələləri gizlətmir.

Geri qayıt