Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanı yeni bir bahalaşma bumu gözləyir

Azərbaycanı yeni bir bahalaşma bumu gözləyir


13-03-2014, 17:17
Azərbaycanı yeni bir bahalaşma bumu gözləyir
Dünya bazarında qızılq qiyməti son günlərdə artaraq yarım illik maksimuma çatıb. Buna səbəb Ukraynada baş verən geosiyasi problemlər və Çin iqtisadiyyatının artım templərinin azalması təhlükəsidir. Son bir gündə 1,3% bahalaşma müşahidə olunub. İqtisadi və siyasi qeyri-stabillik dövründə tələbatın artdığı qızılın qiyməti bu ilin əvvəlində 14% bahalaşıb.

Bu bahalaşma Azərbaycana da təsirsiz ötüşməyib. Artıq son günlərdə qızılın qiymətində nəzərəçarpacaq artıq müşahidə olunur.

İqtisadçı-ekspert Samir Əliyev tarixi maksimum həddinə çatandan ötən il ucuzlaşan qızılın yenidən bahalaşmasını əsas idxaçı ölkə olan Çində və Hindistanda qızıla tələbatın artması ilə izah edir. Eyni zamanda dünyanın əsas qızıl istehsalçısı olan Cənubi Afrika Respublikasında baş verən müəyyən proseslər də təsirini göstərir.

Ekspert 2011-ci ildən başlayaraq qızılı öz ehtiyalarına daxil edən Dövlət Neft Fondu və Mərkəzi Bankın qızılın ucuzlaşmasından sonra müəyyən itkilərə məruz qaldığını da qeyd etdi. Qızıl bahalaşması avtomatik olaraq Neft Fondunun və Mərkəzi Bankın nəzəri gəlirlərinin artmasına gətirib çıxaracaq.

Ekspertin sözlərinə görə, dünya bazarında qızılın bahalaşması Azərbaycanda əsasən zinət əşyalarının qiymətinə təsir edəcək. Çünki Azərbaycan bir qayda olaraq qızılı idxal edən ölkədi. Gədəbəydə istehsal olunan az həcmdə qızıl Mərkəzi Bank tərəfindən alınır. Bu baxımdan dünya bazarında bahalaşma Azərbaycanda qızıl-zinət əşyalarının bahalaşmasına gətirib çıxaracaq.

Geri qayıt