Əsas Səhifə > Güney Press / Manşet > Azərbaycanda və Türkiyədə “Palmali”yə qadağa tətbiq oluna bilər – Tanınmış iş adamı da nurçularla ortaq imiş
Azərbaycanda və Türkiyədə “Palmali”yə qadağa tətbiq oluna bilər – Tanınmış iş adamı da nurçularla ortaq imiş13-03-2014, 16:49 |
|
DİA.AZ: - Milyonlarla dövriyyəsi olan yeyinti sənayesi oliqarxların nəzarətinə keçdi Türkiyədə yaşayan azərbaycanlı, məşhur iş adamı Mübariz Mənsimovun Azərbaycandakı biznesi çökdürülür. Artıq qida sektorunda ona məxsus şirkətlər fəaliyyətini dayandırıb. Biznes dairələrindəki etibarlı mənbə DİA.AZ-a bildirib ki, bir müddət əvvəl ölkədə brendə çevrilən "Palsüd" MMC şirkətinin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub. Xatırladaq ki, buna qədər Mübariz Mənsimov Azərbaycan hökumətindəki dostları vasitəsi ilə bir neçə dəfə qadağanın aradan qaldırılmasına nail olsa da sonuncu dəfə bu addımı atmaqdan imtina edib. O, artıq təqiblərdən yorulduğunu, belə biznesin ona gərək olmadığını əsas gətirib. Mənbə bildirib ki, qida bazarına Azərbaycan oliqarxlarına məxsus süd və süd məhsulları çıxarılır. Təlabatın bir hissəsi yerli istehsal hesabına ödənilsə də xaricdən idxal olunan məhsulların da payı az deyil. Bu bazarda milyonlarla vəsait dövr edir və yaxşı qazanc var. Ona görə də bu yağlı tikəni heç kimə yedirməzlər" deyə mənbə vurğulayıb. DİA.AZ-a bu barədə daxil olan informasiyalarda qeyd olunur ki, əslində В«PalmaliВ» şefinin Azərbaycan bazarında sıxışdırılması təsadüfi deyil. Mənbənin söylədikləri: В«Mübariz Mənsimovun şəxsiyyətinə gəlincə bu adam kifayət qədər qaranlıq fiqur hesab olunur. Hər halda, bu mərtəbəyə qalxa bilməsi üçün ona kənar dəstək ciddi şəkildə lazım idi. Amma В«PalmaliВ» rəhbəri mətbuata verdiyi açıqlamalarda elə nağıllar danışır ki, sanki birdən-birə В«xoşbəxtlik quşuВ» başına qonub və o, varlanıbВ». Mənbəmiz iddia edir ki, Mübariz Mənsimovun münasibətdə olduğu çevrələr arasında nurçular, Fətullah Gülən cameəsinə aid iş adamları ilk yerdə gəlir: В«Qarşılıqlı biznesləri hesabına hər iki tərəf böyük pullar qazanıb. İndi isə Azərbaycanda nurçulara qarşı bir hərəkətlənmə var. Elə Türkiyədə də. Və əgər Azərbaycanda В«PalmaliВ»yə qarşı tədbir görülürsə, deməli, Türkiyədə daha ciddi addımlar atıla bilərВ». Onu da xatırladaq ki, Mübariz Mənsimovun (Qurbanoğlu) Türkiyədəki nurçularla mübhəm əlaqələrinin olması faktı bu günlərdə də mətbuatda yer almışdı. Və hətta bildirilirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə Bakıda nurçuları sərt tənqid etdikdən sonra onunla Gülən camaatının münasibətlərinin qaydasına salınmasında da tanınmış iş adamının iştirakı olub. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |