Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Qərb bizim işimizə qarışmasa...

Qərb bizim işimizə qarışmasa...


20-04-2024, 14:00
Qərb bizim işimizə qarışmasa...
“Prezident İlham Əliyevin siyasəti Azərbaycana qələbələr gətirməkdə davam edir. 44 günlük Vətən müharibəsindən sonra bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam rayonları işğaldan azad olunduğu kimi bu gün erməni işğalı altında qalmış 4 qeyri-anklav kəndimiz də qaytarılır. Qərb sərhədlərimizin delimitasiyası prosesinə mane olmağa çalışırdı. Ölkə başçımızın dəyişilməz mövqeyi və siyasi iradəsi Ermənistanı delimitasiyaya, məhz Qazax rayondan başlanmasına razı salmasına yol açdı”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat bildirib ki, Azərbaycan 3-5 il əvvəl müharibənin başa çatdığını və qalan məsələləri sülh danışıqları yolu ilə həll olunmasını dəstəklədiyini bəyan etsə də, Qərb Azərbaycanın Ermənistana yenidən hücum edəcəyi ilə bağlı reallığa söykənməyən təxribat xarakterli informasiyaların istehsalı və dövriyyəsinin təşkilinə davam edirdi.

Azər Badamov hesab edir ki, bu gün 4 kəndimizin qaytarılması prosesinin baş tutması Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqların daha uğurlu olduğunun sübutudur.

“Qərb bizim işimizə qarışmasa, biz öz münasibətlərimizi qısa zaman kəsiyində formalaşdıra bilərik. O cümlədən, bəzi fikir ayrılığı yaradan məsələləri də bizim öz aramızda həll etməyimizdə heç bir problem görmürəm. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin uğuirla davam etdirilməsi ölkələrimizi sülhə daha da yaxınlaşdırır. Mən inmanıram ki, yaxın zamanda ölkələrimiz əməkdaşlıq və qonşuluq münasibətlərinin formalaşması mərhələsinə keçid edəcək. Təbii ki, bütün bu uğurların müəllifi prezident İlham Əliyevdir”-deyə deputat vurğulayıb.

Geri qayıt