Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Araz Supermarket”ə yeni direktor təyin edilib
“Araz Supermarket”ə yeni direktor təyin edilib18-04-2024, 10:09 |
![]() Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinə yeni maliyyə direktoru təyin edilib. Banker.az-ın məlumatına görə, bu vəzifəyə Əminə Bəşirova gətirilib. ![]() 2024-cü ilin aprel ayının 17-də “Araz Supermarket” MMC-nin Maliyyə Direktorluğunda “Maliyyə Direktoru” vəzifəsinə təyin olunub. Əminə Bəşirova, 2004 -cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bitirmişdir. Magistr təhsilini Bakı Ali Neft Məktəbində Biznesin İdarə olunması (MBA) üzrə almışdır. 2005-ci ildən Veysəloğlu MMC-də mühasib olaraq işə başlamış və həmin şirkətin baş mühasib vəzifəsinə qədər yüksəlmişdir. Veysəloğlu Şirkətlər Qrupunda Mühasibat uçotu Departamentinin müdiri və Biznesə Nəzarət Departamentinin rəhbəri olmuşdur. Daha sonra “Araz Supermarket” MMC-də Spar Françayzinq Maliyyə müdiri vəzifəsində çalışmışdır. Geri qayıt |