Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Nurçuların Bakıdakı 53 milyon dollarının aqibəti necə oldu?
Nurçuların Bakıdakı 53 milyon dollarının aqibəti necə oldu?12-03-2014, 16:06 |
|
DİA.AZ: - Nurçu mövzusu hələ də ölkə gündəmini silkələməkdədir. Azərbaycanda bir çox məmurların da bulaşdığı bu mövzu ilə bağlı DİA.AZ-a yeni informasiyalar ötürülüb. Redaksiyamıza bu barədə məlumatı verən mənbə iddia edir ki, Azərbaycanda nurçuların liderinin Fətullah Gülənə göndərdiyi gizli maliyyə hesabatı sənədi mediada işıq üzü gördükdən sonra nurçulara aid biznes şirkətlərində, firmalarda çaxnaşma hökm sürür: “Maliyyə hesabatında yazılmışdı ki, 53 milyon dollardan qalan pulu Türkiyədə durum qarışıq olduğuna görə bank vasitəsi ilə Türkiyəyə göndərə bilmirlər. Pulun qalanı biznes şirkətlərində kassalarda durur. Nurçulara aid biznes şirkətlərində Vergilər və Maliyyə nazirliyi tərəfindən yoxlanmalar başlaması məlumatı nurçulara dövlətdəki adamları tərəfindən sızdırırlıb”. Mənbə daha sonra Azərbaycandan pulun çıxarılma yolları ilə bağlı da açıqlama verir: “Gecə gec saatlarda biznes firmalarından pulları çıxardır və naməlum istiqamətlərə aparıblar”. Geri qayıt |