Əsas Səhifə > Güney Press > Tərtərdə qətl törədən 15 yaşlı oğlanın işi
Tərtərdə qətl törədən 15 yaşlı oğlanın işi16-04-2024, 11:39 |
Tərtər rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 2009-cu il təvəllüdlü Fuad Qulizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elmin Rüsrəmovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. Qeyd edək ki, bu ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, hadisəni törədən yeniyetmə içkili vəziyyətdə olub. İçkinin təsiri altında mübahisə edən yeniyetmlərin sözləri bir-birinin boğazından keçməyib. Sonda dəhşətli qətl hadisəsi baş verib. Hadisəni törədən Fuad Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Geri qayıt |