Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Allahşükür Paşazadənin çətin durumda olduğu deyilir – Ərəbistandan Şeyxlə bağlı kompromat ötürülə bilər
Allahşükür Paşazadənin çətin durumda olduğu deyilir – Ərəbistandan Şeyxlə bağlı kompromat ötürülə bilər12-03-2014, 15:43 |
|
DİA.AZ: - Redaksiyamıza Qafqaz Müsəlmanları İdarəsini rəhbəri Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı səfərilə bağlı yeni məlumat daxil olub. DİA.AZ olaraq həmin informasiyanı diqqətinizə təqdim edirik: Məlumatda qeyd olunur: “Qafqaz Müsəlmanları İdarəsini rəhbəri Allahşükür Paşazadənin durumu yaxşı deyil. Səudiyyədə səfərdə olanda, İslam Liqasının rəhbərindən Abdullah Al –Turkidən xahiş edib ki, kuveytli iş adamı Abdul Aziz Babtinlə görüşünü təşkil etsinlər. Çünki Abdul Aziz Babtin əsli səudiyyəli olan al-Humeydi qəbiləsindəndir. Səudiyyə Ərəbistanında bu qəbilədən olan yüksək məmurlar hakimiyyətdə işləyir. Abdullah AL-Turki imtina edib. Şeyx heç Səudiyyədə belə yüksək dövlət məmurları ilə görüşmək istəsə də, heç kim qəbul etməyib. Səudiyyə Ərəbistanının hakim ailəsindən Məkkə şəhərinin əmiri Faysal al-Turki ilə də görüşmək istəsə də, yox cavabı alıb”. Daha sonra mənbə iddia edir ki, Şeyxin Abu Zabiya səfərinin əsl məqsədi də ortaya çıxdı: “Şeyx Abu Zabidə, Abdul Aziz Babtinlə yaxın dostu olan iş adamı və Abu Zabidə hakim ailəyə yaxın “Əhli beyt”dən olan Abdullah Al –Zaid ilə görüşüb ki, Abdul Aziz Babtinlə onu görüşdürsün. Şeyxin istəyini Abdul Aziz Babtinə desələr də, Abdul Aziz Babtin yox cavabı verib. Şeyxə yaxın mənbələrdən gələn xəbərə görə, Abdul Aziz Babtin Şeyxə verdiyi pul sənədlərini Azərbaycan hakimiyyətinə göndərməyə hazırlaşır. Şeyx cəhd edir ki, Abdul Aziz Babtinlə görüşşün və məsələni həl etsin. Şeyxin durumu çox çətindir. Yaxın adamları deyir ki, gecələri fikirdən yata bilmir”. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |