Əsas Səhifə > Güney Press > Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü

Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü


13-04-2024, 11:03
Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü
Türkiyədə küçədə kişinin başına beton parçası düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hakkari şəhərində baş verib. 5-ci mərtəbədən beton parçası qoparaq yoxuşla qalxan 31 yaşlı Məhəmməd Kahramanın başına düşüb. Nəticədə o, ağır xəsarətlər alaraq, ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, M. Kahraman Azərbaycanda əczaçılıq fakültəsini yenicə bitirib.

Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü

Geri qayıt