Əsas Səhifə > Güney Press / Ana xəbər > В«BinəВ» bazarını da sökürlər - Yenə də narazılıq olacaq

В«BinəВ» bazarını da sökürlər - Yenə də narazılıq olacaq


12-03-2014, 10:49
В«BinəВ» bazarını da sökürlər - Yenə də narazılıq olacaq
В«BinəВ» Ticarət Mərkəzi yaxın vaxtlar üçün Ələt qəsəbəsinə köçürələcək. JAM.AZ-a bununla bağlı verilən məlumatda deyilir ki, hal hazırda qəsəbədə yeni ticarət mərkəzinin inşası işləri aparılır və proses bu ilin sonuna kimi başa çatdırılacaq.

Məlumatda daha sonra bildirilir ki, В«BinəВ» Ticarət Mərkəzinin hazırda yerləşdiyi ərazisinin də bir hissəsi söküləcək. Qeyd olunur ki, bazarın 1-ci sırasından 4-cü sırasına qədər olan hissəsi yeni yolun çəkilişi ilə əlaqədar söküntüyə məruz qalacaq. Layihəyə əsasən proses yayda start götürməlidir və həmin müddətə qədər В«BinəВ»nin rəhbərliyi həmin sıralarda dükanları olan sahibkarları yerlə təmin etməlidir.

Məlumatda o da vurğulanır ki, В«BinəВ» Ticarət Mərkəzinin rəhbərliyi aprelin sonlarından köçürmə işlərinə start verəcək. Və onlar üçün artıq 10-cu sıradan sonrakı boş dükanları nəzərdə tutublar.

Geri qayıt