Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Əhməd Vəliyevin universiteti də В«qara siyahıВ»ya düşdü - Nazir OYU-nu gizli şəkildə araşdırtdırıb

Əhməd Vəliyevin universiteti də В«qara siyahıВ»ya düşdü - Nazir OYU-nu gizli şəkildə araşdırtdırıb


11-03-2014, 15:42
Əhməd Vəliyevin universiteti də  В«qara siyahıВ»ya düşdü - Nazir OYU-nu gizli şəkildə araşdırtdırıb
DİA.AZ: - Başında deputat Əhməd Vəliyevin dayandığı В«Odlar YurduВ» Universitetinə növbəti tədbirs ili üçün tələbə qəbulu dayandırıla bilər. Bu barədə DİA.AZ-a məlumat verən təhsil nazirliyindəki mötəbər mənbə iddia edir ki, deputatın rektoru olduğu OYU ilə bağlı ayrı-ayrı dövlət qurumlarına edilən vətəndaş şikayətləri nazir Mikayıl Cabbarov tərəfindən ciddiyə alınaraq, araşdırılıb.

Mənbə iddia edir ki, OYU-nun son altı aydakı fəaliyyəti ilə bağlı nazirlik tərəfindən monitorinq həyata keçirilib və özü də Əhməd Vəliyevdən və OYU rəhbərliyindən xəbərsiz: В«Maraqlıdır ki, bu barədə işlər xəbərsiz həyata keçirilib və aparılan monitorinqin nəticələri universitet rəhbərliyinin əleyhinə olubВ».

Mənbə bildirir ki, artıq OYU-nun son altı aylıq fəaliyyətini əks etdirən və bir neçə mənbəyə söykənən konkret dəlillər təhlil edilib: В«Yekun hesabat isə birbaşa olaraq dövlət başçısına təqdim olunub. Hər halda, bununla da məlum qərar verilibВ».

Mənbə bildirir ki, artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının siyahısından OYU-nun adı çıxarılıb: В«Bu ali təhsil ocağına növbəti dərs ili üçün qəbul keçirilməyəcək. Bu isə tədrici olaraq OYU-nun bağlanmasına hesablanmış bir addım kimi qəbul edilməlidirВ».

Geri qayıt