Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Paşinyan 2016-cı ildə Qarabağ haqda, görün, nə deyibmiş
Paşinyan 2016-cı ildə Qarabağ haqda, görün, nə deyibmiş2-04-2024, 15:22 |
![]() Paşinyanın 2016-cı ildə, hələ deputat olarkən Azərbaycana münasibəti, Qarabağ mövzusunda fikirləri tamamilə fərqli idi. diaaz.space Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Aravot” nəşrinin məqaləsində qeyd olunur. Nəşr N.Paşinyanın 2016-cı ildə o zamankı hakimiyyətin Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün Qarabağ məsələsində kompromisə getmək fikrini tənqid etdiyini bildirib. Bununla bağlı baş nazirin 8 il öncə öz Feysbuk hesabında canlı yayımda səsləndirdiyi fikirlər xatırladıb. Paşinyan həmin çıxışında bildirib: “Sadəcə güzəşt atmosferinin mövcud olduğu şəraitdə kompromisdən danışmaq mümkündür. Rəqibiniz və ya qarşı tərəf sizi məhv etməklə hədələyəndə siz cavab olaraq deyirsiniz: “Biz kompromislərə hazırıq. Bu isə artıq o deməkdir ki, siz təslim olmağa hazırsınız”. Baş nazir bu açıqlamasından 2 il sonra – 2018-ci ildə Ermənistan KİV-ə müsahibəsində bu fikrini bir daha xatırladıb: “Nə qədər ki Azərbaycan Xankəndidə və İrəvanda çay içməkdən danışır, biz erməni lüğətindən kompromis sözünü silməliyik”. Nəşr yazır ki, Paşinyan 2018 və 2020-ci ildən sonra Azərbaycana münasibətdə fikirlərini tamamilə dəyişib. Geri qayıt |