Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərşəkər”in İdarə Heyətinə TƏYİNAT OLUB
“Azərşəkər”in İdarə Heyətinə TƏYİNAT OLUB25-03-2024, 12:40 |
![]() “Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinə üzv seçilib. Bu, Nəsib İslamzadədir. N.İslamzadə İdarə Heyətinin üzvi siyahısında yer almaqla paralel, baş maliyyə inzibatçısı vəzifəsini həyata keçirəcək. O, 2021-ci ilin dekabrından “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü idi. Bundan əlavə, 2012-2015-ci illərdə “KPMG” audit şirkətində, 2015-ci ildə “Garant Holding” MMC-də maliyyə meneceri, 2015-2018-ci illərdə “AzGroup Holding”də maliyyə direktoru, 2020-2021-ci illərdə “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC-nin Audit Komitəsinin üzvü, 2021-2023-cü illərdə “PMD Group” MMC-nin Audit Komitəsinin sədri vəzifələrində çalışıb. Ali təhsilinin bakalavr dərəcəsini iqtisadiyyat üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr dərəcəsini isə İngiltərənin Esseks Universitetində əldə edib. Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Banker.az ![]() Geri qayıt |