Əsas Səhifə > Güney Press / Ana xəbər > Krım tatarlarına nazir postları təklif olundu

Krım tatarlarına nazir postları təklif olundu


10-03-2014, 12:35
Krım tatarlarına nazir postları təklif olundu
Krım tatarlarına vədlər yağdırılır Nazir və nazir müavinləri, tatarcanın dövlət dili olması, deportasiyadan qayıdanlara şərait yaradılması və s.

Ukrayna tərəfindən qeyri-legitim elan edilən Krım hökuməti Krım tatarları icmasının nümayəndələrinə muxtar hakimiyyətdə yerlər təklif edib.

DİA.AZ haqqin.az-a istinadən bildirir ki, Krımın "baş naziri" Sergey Aksyonov tatarlara bir baş nazir müavini, iki nazir və demək olar ki, hər nazirlikdə nazir müavini yerləri təklif edib. Buraya güc nazirlikləri də aiddir.

Aksyonov onu da bildirib ki, Krımda dövlət dili olaraq həm rus, həm də tatar dilinin işlədilməsi nəzərdə tutulur: "Əlbəttə, hamının öz ana dilini inkişaf etdirmək imkanı olacaq".

Bundan başqa, Krım hökuməti deportasiyadan qayıdan Krım tatarlarının övladlarının yerbəyer edilməsinə ayrılan vəsaitin artırılacağını da vəd edib.

Bütün bu vədlərin Krım tatarlarının martın 16-da nəzərdə tutulan referendumun (Krımın Ukraynadan ayrılması, Rusiyaya birləşməsinə dair) boykot edilməsi ilə bağlı qərarlarından daşındırmaq üçün nəzərdə tutulduğu bildirilir.

Geri qayıt