Əsas Səhifə > Güney Press > “Ekalogiya” BUDUR?

“Ekalogiya” BUDUR?


14-03-2024, 11:36
“Ekalogiya” BUDUR?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasının qarşısında asılmış lövhədə yanlışlığa yol verilib.

Bizim.Media “Grammer.Azi”-yə istinadən xəbər verir ki, lövhədə “Ekologiya” əvəzinə “Ekalogiya” yazılıb. Yəni “o” hərfi “a” ilə əvəzlənib. Bu isə ciddi qrammatik səhvdir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yanlışlıq tezliklə aradan qaldırılacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt