Əsas Səhifə > Güney Press / Manşet > Hakimiyyət daxilindəki toqquşmaların rəsmən etirafının bədəli ağır olur

Hakimiyyət daxilindəki toqquşmaların rəsmən etirafının bədəli ağır olur


7-03-2014, 15:39
Hakimiyyət daxilindəki toqquşmaların rəsmən etirafının bədəli ağır olur
DİA.AZ: - Bir sıra dini cərəyanlar və missioner təşkilatları Azərbaycanda strukturlaşmağa və öz maraqlarını reallaşdırmaq məqsədilə şaxələnmiş şəbəkə yaratmağa çalışırlar. Lakin Azərbaycan dövləti Azərbaycanda dinlərarası tolerantlıq atmosferini pozmağa imkan verməyəcək.

Martın 7-də “Dini etiqad azadlığı, missioner fəaliyyəti və media” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun çıxışının leytmotivi belədir.

Ə.Həsənova görə, bu cərəyanlar və təşkilatlar “öz fəaliyyətlərini strukturlaşdırmağa cəhd göstərməklə dövlət siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər”.

Lakin Azərbaycan dövləti “bundan sonra da dini missionerlərin və bəzi qrupların öz maraqlarını başqalarına qəbul etdirmək cəhdlərinin qarşısını alacaq”.

Bu işdə media və vətəndaş cəmiyyəti institutları dövlətə kömək etməlidir.

Ə.Həsənov konkret ad açıqlamayıb, hansı cərəyanı nəzərdə tutduğunu söyləməyib. Amma söhbətin nurçulardan getdiyi gün kimi aydındır. Məlumdur ki, neçə müddətdir Əli Həsənov В«nurçularaВ» qarşı mübarizə aparır. Öz mediasında. İllərdir bəslədiyi mediasının xidmətlərindən В«nurçuВ» olaraq elan etdiyi hədəflərinin В«vurulmasındaВ» yararlanmağa çalışan Əli Həsənovun əslində elə NURÇULARIN AZƏRBAYCANDAKI BİR NÖMRƏLİ DOSTU OLDUĞUNU zamanında hər kəs etiraf edib. Hətta bu barədə bu gün Əli Həsənovun yanında və yanındakılara bağlı olan media quruluşları da etiraf ediblər.

Amma buna rəğmən Türkiyədən başlanan В«antinurçuВ» dalğanın fonunda Əli Həsənov da özünün nurçu keçmişini ört-basdır etməyə cəhdlərdə bulundu. Və bu məqsədlə müxtəlif adlarda saxta profillər də açıldı. Saxta mənbələr yaradılaraq Türkiyə türkcəsinin erməni budaq qolu ilə yazılmış saxta sənədləri mətbuata ötürməyə başladılar.

Əli Həsənovun mediasının buradakı canfəşanlığı anlaşılan idi. Çünki sifariş belə gəlib. Ortada qalan nisbətən müstəqil media isə sensassiya xatirinə bu təbliğatda müəyyən məsafədə iştirakçı oldu. Sonradan isə kələfin ucu ortaya çıxdı. Əli Həsənov bütün kartlarını ortaya ataraq etiraflarda bulunmağa başladı. Hədəfinin əslində bir kimsə yox, məhz Prezident Administrasiyasındakı rəqiblərinin olduğunu nümayiş etdirdi. O qədər pərişan və narahat idi ki, daha danışdıqlarının fərqinə belə varmadı.

Eynən bu gün olduğu kimi. Təsəvvür edin, Əli Həsənov ilk dəfə olaraq Prezident Administrasyiası daxilində ŞÖBƏLƏRARASI savaşdan danışır. В«TəəssüfləВ» bu savaşın varlığını etiraf edir. İlk dəfə idi…

Əslində bu etirafın özü belə Əli Həsənovun düşdüyü durumun gərginliyini və ağırlığını sübutlamaqdadır. Bu gün tədbirdə ona yandaşlıq edənlərin hətta dövlətin nüfuzlu şəsxlərinə qarşı açıq fikirlər söyləməsi faktı da nəzərlərdən yayına bilməzdi. Sanki Əli Həsənov öz çevrəsini başına toplayaraq dərləşirdi. Artıq nə dövlət maraqları, nə də hələ də Əli Həsənovun nümayəndəsi olduğu hakim komandanın maraqları heç bir əhəmiyyət daşımırmış kimi görünür. Ən azından Əli Həsənov belə bir qənaətdə olduğunu nümayiş etdirdi… bu gün…

Nə baş verir? Əli Həsənov bu gün ŞÖBƏLƏRARASI SAVAŞ deyərkən digər PA şöbə müdiri Elnur Aslanovu hədəfində saxladığını aşkar surətdə hiss etdirir. Daha kimsə qayıdıb, möhtərəm Həsənovdan soruşmur ki, nədən nurçularla bağlı mətbuata ötürülən bütün dezinformasiyalarda Elnur Aslanov, Fərhad Məmmədov, Mikayıl Cabbarov, Rövnəq Abdullayev, Elmar Məmmədyarov, Zakir Həsənov hədəfə alınır? Nədən Əli Həsənovla salam-kəlamı olanlar hədəfə alınmır?

Bu sualın cavabı əslində hər kəsə aydın olsa da, kimsə həmin tədbirdə həmin sualı Əli Həsənova verə bilməzdi. Çünki əslində real hədəfin özü Əli Həsənovun özü olmalı idi. İllərdir nurçuları barındıran, nurçularla В«XəzərTVВ» və digər buk imi layihələrdə ortaq olan Əli Həsənov ARDNŞ-nin nurçulara məxsus olan obyektlərə əl qoymasının ardından gəlir sahəsini itirdiyinin tam fərqindədir.

Və bu gün nurçular PİS ADAMLAR olduğundan Əli Həsənov В«nurçuВ» deyərək ona rəqib olanları - Elnur Aslanovu, Fərhad Məmmədovu, Mikayıl Cabbarovu, Rövnəq Abdullayevi, Elmar Məmmədyarovu, Zakir Həsənovu və digərlərini hədəfə çevirtdirir. Fakt isə faktlığında qalır. Əgər nurçularla Rövnəq Abdullayevin ortaqlığı sırf olaraq maliyyə müstəvisində həll oluna bilərsə, Əli Həsənovu onlara bağlayan tellər olduqcə xəfifdir, daha məhrəmdir, daha qədimidir və daha səmimidir.

Amma bu gün kimsə bu barədə danışmaq istəmir. Çünki hələlik Əli Həsənovun səsi ucadan gəlir. Ona görə də danışacaq. Hətta əks fikir söyləyənləri belə XALQ DÜŞMƏNİ kimi təqdim etməyə qalxacaq, NURÇU elan edib hədəfə alacaq… bunlar ötəri prosesdir. Çünki bu gün Əli Həsənov faktiki olaraq çıxılmaz vəziyyətdədir. Onun üçün çıxış yolu isə heç də savaşı açıq müstəviyə keçirmək deyildi. Hər halda, bu gün hakimiyyət hətta öz daxilindəki real konfliktləri belə ictimailəşdirənləri bağışlamadığını nümayiş etdirən cəhəti ilə diqqətə gəlir.

Məsələn, zamanında keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş təhsil naziri Misir Mərdanovla savaşırdı. Və o zaman İlham Əliyev bir xüsusi müşavirə çağırdı. Döyüşən tərəflərə çağırış etdi ki, əgər siyasətlə məşğul olmaq istəyən varsa, buyurub, istefa verə bilər və ardından da siyasətlə məşğul olma həvəsini söndürər…

İndi isə eyni qaydada Əli Həsənov SİYASƏTƏ OLAN HƏVƏSİNİ söndürə bilməsi üçün ünvanlar axtarışındadır.


Geri qayıt