Əsas Səhifə > Güney Press > Zəngəzurda savaş hazırlığı:

Zəngəzurda savaş hazırlığı:


5-03-2024, 11:24
Zəngəzurda savaş hazırlığı:
Türk dünyasını ticari-siyasi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi xarici güclərin hədəfindədir. Sərhəddə Fransanın maliyyələşdirdiyi minlərlə erməni yaraqlısı yerləşdirilib. İran və Hindistan da qaynar bölgəyə silah ötürür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Nəşr bildirir ki, Zəngəzur dəhlizi Antalya Diplomatiya Forumunda da müzakirə olunub:

“Erməni tərəfi dəhlizə nəzarət və icranın ona məxsus olması fikrini müdafiə edir. Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın qatıldığı müzakirələrdə Ankara Zəngəzura xüsusi statusun verilməsini və Kalininqrad modelinin həyata keçirilməsini təklif edib. Forumda çıxış edən Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistan konstitusiyasındakı bəzi maddələrin Azərbaycanın ərazi bütövlüyünü təhdid etdiyini bildirib”.

Nəşr yazır ki, Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla 10 min yaraqlı yerləşdirilib:

“Sasna Çrer”, VOMA, ASALA, “Bever” və “Yerkrapa” kimi dəstələrin gündəlik maaşı Fransa və erməni diasporunun yaratdığı xüsusi fond tərəfindən ödənilir. Təhlükəsizlik mənbələri Ermənistan-Azərbaycan sərhəd xətti və Zəngəzurda yerləşdirilən terrorçular və digər silahlı dəstələrin Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dən cəlb olunduğunu üzə çıxarıblar”.

Nəşr Rusiya, Türkiyə və Azərbaycanın mövcud durumu qəbul etməyəcəyinə də diqqət çəkir. Mənbə Hindistan, İran və Fransanın bölgəni qarışdırmağa çalışdıqlarını qeyd edir.

“Ermənistana işləyən dəstə üzvləri Suriya, Livan, Avropa, İran və ABŞ-dən cəlb olunub. Fransa və İran hərbi mütəxəssisləri pusquda dayanan dəstələrə təxribat, elektron müharibə, raket, mina və kəşfiyyat təlimləri verir. İrəvan Fransadan müasir silah sistemləri aldığını etiraf edib. Hindistan həmçinin Ermənistana səsdən sürətli uzaqmənzilli “Braxma” qanadlı raketlərini çatdırıb”, - məlumatda deyilir.

“Türkiyə” xatırladır ki, Azərbaycanın təhlükəsizlik mənbələri sərhəddə yerləşən dəstələrin Ermənistan Müdafiə Nazirliyində qeydiyyatda olmadığı barədə məlumat verib:

“Bakı artan təhdid və təxribat cəhdlərinə qarşı tədbir görüb. Ermənistanın silahlandırılmasını ciddi təhlükə kimi qiymətləndirən Azərbaycan lideri İlham Əliyev bu duruma cavabsız qala bilməyəcəklərini bəyan edib”.

Geri qayıt