Əsas Səhifə > Güney Press > AŞPA-nın qərəzini UDAQMI?
AŞPA-nın qərəzini UDAQMI?5-03-2024, 09:04 |
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən bildirib. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib. Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladıb. AŞPA-nın bu günki mövqeyinin yeni olmadığını vurğulayan politoloq Turab Rzayev “Sherg.az”a bildirib ki, istər 30 il ərzində, istərsə də 44 günlük müharibə və ondan sonrakı dövr ərzində biz AŞPA-dan bu cür qərəzli mövqe eşitmişik: “AŞPA-da hər zaman mümkün qədər Ermənistanın maraqları müdafiə edilib. Azərbaycana qarşı isə əks mövqedən çıxış ediblər. Azərbaycan fərqli məsələləri gündəmə çıxarmaq üçün illərlə çalışdığı halda, Azərbaycan əleyhinə müharibə zamanı və sonrakı dövrdə hər həftə qətnamə qəbul edilirdi. Vurğulamaq lazımdır ki, AŞPA Avropa İttifaqı üçün qərarverici mexanizm olan qurum deyil. Sadəcə olaraq qərarları məsləhət və məşvərət xarakteri daşıyır. Yəni AŞPA Avropanın özündə belə ictimai xadimlərin, tanınmış şəxslərin və keçmiş biznesmenlərin müzakirə mərkəzi, elitar klub kimi fəaliyyət göstərir. Amma Azərbaycan əleyhinə vaxtaşırı belə qərarların qəbul edilməsi və fərqli Avropa ölkələri nümayəndələrinin orada imzasının olması bizim üçün heç bir halda xoş təəssürat bağışlamır. Azərbaycan isə buna qarşı mübarizə aparacaq və bu cür qərəzli qərarların gələcəkdə qəbul olunmasının qarşısını alacaq”. Geri qayıt |