Əsas Səhifə > Güney Press, Manşet, Reklam > “Topaz”ın EKSPERT OYUNU

“Topaz”ın EKSPERT OYUNU


4-03-2024, 11:36
“Topaz”ın EKSPERT OYUNU
Azərbaycanın mərcə bazarında hegemonluq edən “Topaz”la “Misli”nin qanunsuz əməllərindən, bitmək bilməyən fırıldaqlarından yazmağa davam edirik...

Təəssüflər olsun ki, bu iki inhisarçı şirkət öz əməllərindən geri çəkilmək bilmir. Onların bir məqsədi var ki, maddi vəziyyəti pis olan, qumar və mərc oyunlarına xilas yolu kimi baxan sadə insanların son pullarını da əllərindən alsınlar.

Poliqon xəbər verir ki, müxtəlif şirnikləndirici vədlərlə insanları yoldan çıxaran bu şirkətlər yeni bir üsula da əl atıblar. Bu dəfə insanların fikrini yayındırmaq, onların mövqelərinə təsir etmək üçün cəmiyyət arasında az-çox tanınan şəxslərdən də istifadə edirlər. Sadə insanlar elə düşünür ki, həmin o tanınmış şəxslər futbolun incəliklərini yaxşı bilir, hansı komandanın qalib gələcəyini, kimin daha çox qol vuracağını təxmin etməyi bacarırlar. Ona görə də ekspert kimi təqdim edilən şəxslərin təqdim etdiyi kuponlara oynayır, onların etdiyi təxminlərdən istifadə edirlər. Belə olduqda isə sadə insanlar öz pullarını daha tez uduzurlar.

Aydın məsələdir ki, heç bir mərc şirkəti istəməz ki, udanların sayı çox olsun, kontorlar müflisləşsinlər. Deməli, onların həmin o ekspertlərə pul ödəyib, kupon yazdırmasının da arxasında müştərilərə qazandırmaq dayanmır. Əksinə, əsas məqsəd onların fikirlərinə təsir etmək, mərc həvəskarlarını çaşbaş salmaqdır.

Bir neçə nümunəyə diqqət edək. “Topaz”ın internet variantı kimi fəaliyyət göstərən “Etopaz”ın ekspertləri martın 3-də “Günün kuponu” kimi təqdim etdikləri variantda İngiltərə Premyer Liqasında keçiriləcək “Börnli” – “Bornmut” qarşılaşmasına Qol/Qol variantı təklif edirlər.

“Topaz”ın EKSPERT OYUNU
“Topaz”ın EKSPERT OYUNU

Yəni ki, hər iki komanda qol vuracaq. Amma görüş meydan sahiblərinin 0:2 hesablı məğlubiyyətiylə yekunalşdı. Deməli, mərc həvəskarları “Günün kuponu”nda onlara təqdim olunan bu qarşılaşmanı yazdıqları bütün variantları uduzublar. Qazanan isə mərc kontorları olub. Elə həmin gün təqdim olunan digər bir kuponda İtaliya A seriyasının “Empoli” – “Kalyari” qarşılaşmasında meydan sahiblərinin qələbə qazanacağı əminliklə vurğulanır. Bu qarşılaşmada isə qonaqlar 69-cu dəqiqədə vurduğu qolla qalib gəliblər. Hər kimki “Topaz”ın ekspertlərinə inanıb, kuponuna “Empoli”nin qələbəsini yazıb, bazar günü həmin adamlar üçün “Empoli” kimi qanqaraçılıqla bitib.

Martın 2-də azarkeşlərə təklif edilən, əslində isə onların beyninə yeridilən kuponlarda da bu cür oyunlar kifayət qədərdir. Misal üçün, həmin kuponların birində “Udineze” – “Salernitana”nı məğlub edəcəyinə əminlik ifadə olunub.

“Topaz”ın EKSPERT OYUNU
“Topaz”ın EKSPERT OYUNU

Sadə insanlar da “Topaz”ın ekspert kimi təqdim etdiyi şəxslərə inanıb eyni adlı şəhərin komandasına qələbə yazıb, pul udacaqlarını düşünüblər. Görüşdə hesabı qonaqlar açıb, meydan sahiblərinin gücü yalnız bərabərlik qolunu vurmağa çatıb. Bir gün əvvəl təqdim olunan kuponlarda İspaniyanın 2-ci liqasında “Sportinq Xixon” – “Albasete” qarşılaşmasında “3,5 ÜST” variantı təklif edilib. Yəni ki, görüşdə azı 4 qol vurulacaq. 90 dəqiqənin sonunda isə tabloda 2:1 hesabı əksini tapıb. Məlum olduğu kimi, bu varianta inanlar da pullarını uduzublar.

Bu cür misalların sayını artıra da bilərik. Amma düşünürük ki, vətəndaşların gözünü açmaq, onları diqqətli olmağa səsləmək üçün bu qədəri də yetərlidir. Özünüz düşünün, “Topaz”ın marağı nədir ki, sizə “banko kupon” verib, pul udmağınıza yardım etsin? Ən yaxşısı isə ümumiyyətlə, qumardan uzaq durmaqdır. Unutmayın, bu oyunu oynamayan udur.

Poliqon.info

Geri qayıt