Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı iş adamının aeroportda 6 milyon dolları yaxalandı
Azərbaycanlı iş adamının aeroportda 6 milyon dolları yaxalandı7-03-2014, 08:58 |
![]() Əslən Azərbaycandan olan iş adamının 6 milyon dolları İstanbul aeroportunda saxlanılıb. JAM.AZ türk mətbuatına istinadən xəbər verir ki, sözügedən şəxs həmin pulları nağd şəkilə çevirərək, ölkədən çıxarmaq istəyib. Lakin bu prosesi həyata keçirən şəxs özü yox, yaxın adamlarından biri olub. Məlumatda daha sonra deyilir ki, həmin iş adamı pullarını ölkədən qeyri-qanuni çıxarmaq üçün Istanbul Hava Limanının məsul şəxslərinin biri ilə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən ölkədən çıxarılacaq pulun müəyyən miqdarı həmin görəvliyə çatacaqmış. Lakin telefon dinləmələrindən dərhal sonra hərəkətə keçən Türkiyə polisi pulun ölkədən çıxmasının qarşısını alıb. Həmçinin iki nəfəri saxlayıb. Onlardan biri pulu təyyarəyə keçirmək istəyən, digəri isə limanın rəsmisidir. Pulun sahibi barədə hələlik heç bir açıqlama verilmir. Mövzunu diqqət mərkəzində saxlayacağıq. Geri qayıt |