Əsas Səhifə > Güney Press > Yasamaldakı ASAN xidmət” mərkəzi bağlanır
Yasamaldakı ASAN xidmət” mərkəzi bağlanır28-02-2024, 10:00 |
![]() 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar bağlanacaq. Bu bardə "ASAN xidmət" mərkəzindən məlumat verilib. 3 saylı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşların nəzərinə! ​Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq. ​Vətəndaşlarımız qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. ​Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 83 ​“ASAN xidmət” mərkəzlərinin ünvanları barədə ətraflı məlumatı https://asan.gov.az/service-centers/asan-xidmetler keçidi və ya 108 Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar. Geri qayıt |