Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Ədalət Muradovun İqtisad Universitetinə təyinatı ilə bağlı mühüm nüans - Nazirlə dost imişlər…

Ədalət Muradovun İqtisad Universitetinə təyinatı ilə bağlı mühüm nüans - Nazirlə dost imişlər…


6-03-2014, 14:00
Ədalət Muradovun İqtisad Universitetinə təyinatı ilə bağlı mühüm nüans - Nazirlə dost imişlər…
DİA.AZ: - Məlum olduğu kimi, Şəmsəddin Hacıyevin В«vurulmasındanВ» sonra onun yerinə elə həmin gündəcə təyinat oldu. Və nəticədə Ədalət Muradov İqtisad Universitetinə yeni rektor təyin edildi.

Qeyd edək ki, Ədalət Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb. İqtisadiyyat elmlər doktoru olan Ə. Muradov Kiyev Dövlət Universitetinin məzunudur.

Hər halda, cəmiyyət üçün bu fiqur o qədər də populyar olmasa da, hazırki təhsil naziri Mikayıl Cabbarov üçün köhnədən bəlli bir sima idi. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Daxil olan informasiyalara görə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin zamanlarında iqtisadi inkişaf nazirliyində nazir müavini postunu tutan Mikayıl Cabbarov Ədalət Muradovla məhz həmin dönəmlərdən tanışdır.

Mənbə bildirir: В«Onların tanışlığı həm də möhkəm dostluq əlaqələri ilə inkişaf edib və elə bu baxımdan Ədalət Muradovu Mikayıl Cabbarovun kadrı hesab etmək olarВ».

Mənbə bu arada maraqlı bir informasiya da verdi: В«Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun qohumu olan Şəmsəddin Hacıyevin vəzifəsindən alınması əslində hakimiyyət daxilində cərəyan edən bəlli olayların təzahürüdürВ».

diaaz.space bildirir ki, az əvvəl bu barədə geniş məlumat vermişdik.

Məlumatlı mənbənin bildirdiyinə görə, Ədalət Muradovun təyinatına nail olan Mikayıl Cabbarov artıq hakimiyyətin yeni komandasının prioritetlərinin nazirlikdəki son gəlişmələrə də sirayət etdiyini net şəkildə hiss etdirir.

Geri qayıt