Əsas Səhifə > Güney Press > Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı sürətlə artır
Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı sürətlə artır23-02-2024, 17:54 |
Ötən il Türkiyə vətəndaşı olan kişilərlə evlənən azərbaycanlı qadınların və Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı artıb. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 2022-ci illə müqayisədə 9% və ya 233 nəfər artaraq 2 818 nəfərə çatıb. Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 3-cü sırada qərarlaşıb. İlk sırada Özbəkistan, 2-ci sırda isə Suriya vətəndaşı olan qadınlar yer alıb. 2023-cü il ərzində Özbəkistan vətəndaşı olan 3 716, həmçinin Suriya vətəndaşı olan 3 519 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub. Növbəti yerlərdə 2 818 nəfərlə Azərbaycan, 2 339 nəfərlə Rusiya, 2 243 nəfərlə Almaniya, 2 128 nəfərlə Mərakeş, 1 817 nəfərlə Türkmənistan, 1 149 nəfərlə Qırğızıstan, 1 079 nəfərlə Ukrayna vətəndaşları gəlir. Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 16% və ya 35 nəfər artaraq 254 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla ən çox Almaniya (1 387 nəfər), Suriya (1 219 nəfər), Avstraliya (326 nəfər) və Əfqanıstan (316 nəfər) vətəndaşı olan kişilər evlənib. Son 15 ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub: Geri qayıt |