Əsas Səhifə > Güney Press > Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi
Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi23-02-2024, 17:51 |
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. “Qafqazinfo”nun məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb. Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. Geri qayıt |