Əsas Səhifə > Güney Press > Yataqxana sakinləri mavi yanacağa həsrət qalıb
Yataqxana sakinləri mavi yanacağa həsrət qalıb5-03-2014, 19:55 |
![]() Əraziyə hələ 2013-cü ildən yeni qaz sayğacları quraşdırılıb və bu vaxt kondisioner zavodunun yataqxanasında yaşayan müsahiblərim seviniblər ki, mavi yanacağa olan həsrətimiz bununla da sona çatdı. Amma sakinlərin sevinci çox çəkməyib. Rəsmilər sayğacı quraşdırandan sonra onu kilidləyiblər və buna da belə əsas gətiriblər ki, hələ sizin cari illərdən külli miqdarda borcunuz var. Borc ödəndiklən sonra qaz veriləcək. İndi müsahiblərim isə onlara yazılan borcların realliğı əks etdirmədiyini deyirlər. Əvvəllər adı çəkilən binada əslində bir qaz sayğacı olub. Və yazılan pullar da sakinlər arasında bölüşdürülərək hissə hissə ödənilir. Sakinlər vaxtaşırı borclarını ödədikləri təqdirdə yenə də onlara qalıq borc yazılmasından narazıdırlar. Müsahibim olan Elçin Hüseynov ailədə 2 nəfər olduqları halda onlara 600 manat borc yazıldığını deyir. 4 aydır ki, ilin günün bu vaxtında qaza həsrət qaldığını deyən sakinlər məsələyə ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə də dəfələrlə müraciət ediblər. Onlara isə bildirilib ki, yalnız borclarını ödədikləri təqdirdə qazla təmin oluna bilərlər. Məsələyə aydınlınq gətirmək üçün elə biz də "Azəriqaz" İstehsalat Birliyinə yollandıq. Qurum rəsmisi Araz Ağayev sakinlərin narazılığını əsassız hesab edərək həmin borcların ödənilməsinin mütləq olduğunu bildirdi. O ki, qaldı sakinlərə hansisa bir güzəştin edilməsinə qurum rəsmisi bunun yalnız məcburi köçkünlərə aid edildiyini bildirdi. Şikayətçilər arasında qaçqın və məcburi köçkün olmadığından hər kəsin ona yazılan borcu ödəməsi mütləqdir. Bir sözlə, şikayətçilərin necə deyərlər əlləri ciblərində olmalıdır. Geri qayıt |