Əsas Səhifə > Güney Press / Ana xəbər > Nardaran ağsaqqalından vəhabilərə və nurçulara qarşı sərt ittihamlar
Nardaran ağsaqqalından vəhabilərə və nurçulara qarşı sərt ittihamlar5-03-2014, 16:41 |
|
“Qeyri-ənənəvi dini təriqətlərin Azərbaycanda fəaliyyəti dünənin, bu günün problemi deyil. Müstəqillik əldə etdikdən sonra qeyri-ənənəvi təriqətlər Azərbaycana ayaq açıb. Bunların içində xristian, bütpərəstlik, krişnalıqdan tutmuş özlərini islam dininin ardıcılları hesab edənlər də vardır. Vəhhabilər, nurçular və xəvariclər məhz həmin dövrdən fəaliyyətə başlayıblar.“ Bu sözləri FaktXeber.com-a İslam Partiyasının keçmiş sədri, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuriyev Azərbaycanda yayılan qeyri-ənənəvi dini təriqətlərin media orqanlarına, təhsil ocaqlarına, ibadət yerlərinə nüfuz etməsi ilə bağlı açıqlama verərkən qeyd edib: Müsahib bildirdi ki, sözügedən təriqətlərin xalqımız və dövlətimiz üçün nə dərəcədə qorxulu olduğunu daima bəyan etmişik və bu gün də eyni fikirdəyik: “Artıq problem o qədər inkişaf edib ki, dövlət QMİ və ya Dini Komitə səviyyəsində böyük konfranslar və tədbirlər keçirir. Qeyri-ənənəvi təriqətlər əslində din mənafeyi yox, hansısa Qərb ölkəsinin, Amerikanın, beynəlxalq sionizmin mənafeyini güdürlər. Onlar zorla, terrorla, çevrilişlə müsəlman ölkələrində hakimiyyəti ələ keçirmək istəyirlər. Buna Əfqanıstan, Pakistanda, Liviyada və son günlər Türkiyədə baş verən hadisələri misal göstərmək olar. Bunlar əslində din adı altında dinə ləkə gətirirlər. “ Nurçuluğun yayılan qeyri-ənənəvi təriqətlər arasında ən təhlükəlisi olduğunu söyləyən Hacıağa Nuriyev, “artıq Türkiyədəki nurçular o böyüklükdə ölkəni təlatümə gətiriblər. Nurçuların rəhbəri Fətullah Gülən isə xaricdə oturub Türkiyə xalqının mənafeyinə zidd işlər görür”, - deyə bildirdi: “2010-cu ildə Türkiyədən Qəzzaya yardım aparan humanitar gəmidəki Türkiyə vətəndaşları İsrail ordusu tərəfindən hücuma məruz qalaraq öldürüldükdən sonra, Fətullah Gülən İslam dünyasının əleyhinə olaraq İsrail mövqeyindən çıxış etdi. Bunlar Azərbaycanın təhsil ocaqlarına nüfuz edərək, təhsil vermək adı altında özlərinə gələcək kadrlar yetişdirirlər. Onlar hal-hazırda ölkənin müxtəlif səviyyələrində, mediada, rəsmi qurumlarında təmsil edilirlər.” Hacıağa Nuriyev sonda bildirdi ki, hal-hazırda Suriyada, Pakistanda, Əfqanıstanda qan tökən vəhhabilər ağalarından əmr alan kimi eyni hadisələri Azərbaycanda da həyata keçirəcəklər: “Ona görə də dövlət və cəmiyyət olaraq əl-ələ verib problemin qarşısını almalıyıq.” Geri qayıt |