Əsas Səhifə > Güney Press / Manşet > Dövlət gömrük komitəsində ilginc məqam - Rəhbərliyin hamısı az qala eyni kənddəndir
Dövlət gömrük komitəsində ilginc məqam - Rəhbərliyin hamısı az qala eyni kənddəndir5-03-2014, 16:05 |
|
DİA.AZ: - Korrupsiyaya qarşı В»mübarizəВ» kampaniyasının başlanğıcında Gömrük Komitəsində də rüşvətin tamamilə yığışdırıldığı barədə məlumatlar yayılsa da, sonradan bunun yalan olduğu üzə çıxdı. Qeyd edək ki, Dövlət Gömrük Komitəsi bir sıra mal və məhsullara, xüsusilə də ölkəyə gətirilən avtomobillərə görə alınan böyük miqdarda rüşvət tələbini yalnız bir-iki gün dayandırdı. Hazırda yenə də gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları soyub-taladıqları barədə ciddi xəbərlər gəlir. Gömrük Komitəsinin rüşvətin ən çox yayıldığı və ölkədə monopoliyalaşmanı stimullaşdıran əsas dövləq qurumu olduğunu nəzərə alaraq, orada baş verənlərə toxunmaq istəyirik. DİA.AZ olaraq bu yöndə qısa araşdırma apardıq və ortaya ilginc faktlar çıxdı. Dövlət Gömrük Komitəsi dövlət qurumları arasında mətbuat və cəmiyyət üçün ən qapalı qurumlardan biridir. Bu baxımdan Komitəni hətta hərbi qurumlarla müqayisə etmək olar. Bu qapalılığın səbəbləri aydındır, rüşvət və korrupsiya yuvası olan Gömrük Komitəsinin rəhbərliyinin öz qara əməllərini cəmiyyətdən gizli saxlamasının başqa yolu yoxdur. Qapalılığın necə təmin edilməsinə gəlincə, elə qurumun rəhbərliyində təmsil olunan şəxslərin tərcümeyi-halına baxmaq yetər. Belə ki, DGK sədri Aydın Əliyevin 4 müavini var. Yəni, birinci müavini Səfər Mehdiyev Naxçıvanın Nehrəm kəndindəndir. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər komitə sədrinin müavini vəzifəsində işləyib. Həmin vaxtdan sədrinin birinci müavini vəzifəsində çalışır. Aydın Əliyevin digər müavini xidməti gömrük xidməti general-leytenantı Əsgər Abdullayev də Nehrəmdəndir. İxtisasca iqtisadçı olan Əsgər Abdullayev 1996-2006-cı illərdə komitədə idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2006-cı il iyunun 21-dən müavindir. diaaz.space bildirir ki, digər müavin Rza Həsənəliyev də Naxçıvandandır. Gömrük Komitəsində əmək fəaliyyətinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor vəzifəsində başlayıb. İşlər idarəsinin rəis müavini, sonradan həmin İdarənin rəisi vəzifələrində işləyib. 1999-cu ilin fevral ayında komitə sədrinin müavini təyin edilib. Aydın Əliyevin bir müavini də vaxtilə Ordubadda baytarlıq stansiyasında çalışan Nazim Məmmədovdur. Aydın Əliyevin özü isə kökəncə Qərbi Azərbaycandandır. Belə anlaşılır ki, bu Komitənin rəhbərliyi yerlibazlıq və qohumbazlıq prinsipilə formalaşdırılıb ki, bu da Komitənin qapalı bir quruma çevrilməsində mühüm rol oynayıb. Geri qayıt |